4 Noyabr 2015 20:16
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd təsərrüfatı naziri Heydər Əsədov Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Malena Mardın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Heydər Əsədov son dövrlərdə kənd təsərrüfatı sahəsində həyata keçirilən institusional, kadr və hüquqi islahatlar barədə geniş məlumat verərək bu islahatların aparılmasında Avropa İttifaqının dəstəyindən danışıb.

Nazir kənd təsərrüfatı sahəsində gələcək inkişaf strategiyasına toxunaraq Avropa İttifaqı tərəfindən dəstək göstərilməsi üçün potensial sahələr barədə məlumat verib.

Görüşdə digər məsələlərlə yanaşı, Azərbaycanda elektron kənd təsərrüfatı sisteminin qurulması, ərzaq məhsullarının təhlükəsizliyi sisteminin gücləndirilməsi, heyvandarlıq məhsullarının bazara çıxış imkanlarının artırılması məsələləri də müzakirə olunub.

Səfir Malena Mard kənd təsərrüfatında intensiv islahat proqramını təqdirəlayiq hesab edib. Kənd Təsərrüfatı Nazirliyinin mütərəqqi təcrübə üzrə ehtiyaclarına əsaslanaraq, bir çox sahələrdə ekspert dəstəyinin göstərilməsinə təmsil etdiyi qurumun hazır olduğunu bildirib.

SEVİL


Müəllif: