11 Noyabr 2015 18:59
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Mərkəz Bankının (FES) dekabrda faiz artımına gedəcəyi halda neftin qiymətinin hansı diapazonda formalaşacağı müzakirə mövzusu olaraq qalır. “Saxo Bank”ın əmtəə strategiyaları bölməsinin rəhbəri Ole Hansen neftin barelinin ilin sonuna qədər 50 dollar olacağını bəyan edib.

Publika.az xəbər verir ki, O.Hansen “Brent” markalı neftin 40 dollardan aşağı düşməsi ehtimalının az olduğunu vurğulayıb.

O qeyd edib ki, neftin qiymətinin əvvəlki səviyyəyə qayıtması zaman aparacaq. O, 2016-cı ilin sonuna qədər neftin 65 dollara yüksələcəyini deyib.


Müəllif: