11 Noyabr 2015 19:50
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2015-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiyanı 5% səviyyəsində proqnozlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə “Transition Report 2015-2016 Rebalancing Finance” hesabatında qeyd edilir. Hesabatda bildirilir ki, 2014-cü ildə Azərbaycanda orta illik inflyasiya 1,4% təşkil edib.

2015-ci ildə iqtisadi artım 2014-cü ildəki 2,8%-ə qarşı 3%-dək artacaq.

Hesabatda daha sonra qeyd edilir ki, iqtisadiyyatın şaxələndirilməsi aşağı səviyyədə qalır: “Neft-qaz sektoru iqtisadiyyatın, büdcə və ixrac gəlirlərinin mühüm hissəsidir. İqtisadiyyatın şaxələndirilməsi özəl sektorun inkişafına yönələn struktur islahatlar hesabına mümkündür”.

Qurum 2015-ci ilin yekunları üzrə Azərbaycanın tədiyyə balansını 2014-cü ildə 14,1%-ə qarşı ÜDM-nin 3%-i səviyyəsində proqnozlaşdırır.

Cari ilin yekunları üzrə Azərbaycanda dövlət büdcəsinin kəsiri isə 2014-cü ildə ÜDM-nin 0,4%-nə qarşı ÜDM-nin 7,9%-i səviyyəsində olacağı gözlənilir.


Xatırladaq ki, Azərbaycan hökuməti 2015-ci ilin yekunları üzrə ÜDM-nin artımını 3,3% səviyyəsində, orta illik inflyasiyanı 4,4% səviyyəsində, tədiyyə balansının profisitini ÜDM-nin 2,2% səviyyəsində proqnozlaşdırır.


Müəllif: