12 Noyabr 2015 09:54
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,38 dollar yaxud 2,87% ucuzlaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 46,71 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.


Müəllif: