18 Noyabr 2015 13:42
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkmənistan Azərbaycanla sarsılmaz bağlara söykənən dostluq, iki qardaş xalqın mehriban qonşuluq prinsiplərinə söykənən münasibətləri daha da möhkəmləndirmək niyyətindədir".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Türkmənistan prezidenti Qurbanqulu Berdimühəmmədov SOCAR prezidenti Rövnəq Abdullayev ilə Aşqabaddakı görüşündə deyib.

Görüşdə iqtisadi sahədə qarşılıqlı fəaliyyətin müxtəlif aspektləri və birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə edilib.

Tərəflər qeyd ediblər ki, güclü enerji potensialına malik olan Türkmənistan və Azərbaycan öz karbohidrogen yataqlarının səmərəli işlənməsi və Xəzər regionundan enerji daşıyıcılarının dünya bazarlarına nəqlinin şaxələndirilməsi üçün təsirli addımlar atır.

Samir


Müəllif: