19 Noyabr 2015 20:33
576

“Azərbaycan Hava Yolları” QSC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində beynəlxalq uçuşlara endirim elan edir.

“Azərbaycan Hava Yolları” QSC-dən Teleqraf.com-a bildirilib ki, kampaniya çərçivəsində London, Milan, Paris, Nyu-York, Praqa, Təl-Əviv, Lvov, Kazan, Sankt-Peterburq şəhərləri istiqaməti üzrə aviabiletlərin qiymətlərində endirim olacaq.

Yeni il aksiyası uçuş tarixləri isə yanvarın 15-dən 2016-cı il fevralın 29-dək olan bilətlərə aiddir və bu biletlərin satışı 2015-ci il dekabrın 10-dan başlayacaq və 2016-ci il yanvarın 10-dək davam edəcək.

Xatırladaq ki, avqustun 1-dən etibarən "Azərbaycan Hava Yolları" bütün sərnişinlər üçün beynəlxalq istiqamətlər üzrə cari ekonom-klass tariflərinə 20-30 faiz endirim tətbiq edib.

Biletləri AZAL-ın kassalarında və şirkətin www.azal.az saytında bronlaşdırmaq və əldə etmək mümkündür. Reys çərçivəsində “AZAL Miles” bonus proqramından istifadə etmək olar (proqram haqqında məlumatı bu linkdə əldə etmək olar http://www.azal.az/az/azal-miles).


Müəllif: