20 Noyabr 2015 20:32
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) KİV nümayəndələri üçün “Azərbaycan Respublikası Dövlət Neft Fondu: vəsaitlərin idarə edilməsi prosesi və investisiyalar” adlı ikigünlük seminar təşkil edib.

Əvvəlcə jurnalistlər ARDNF-in inzibati binası ilə tanış olublar. Seminarlarda fondun risklərin idarə edilməsi, büdcə proqnozlaşdırma və layihələr, investisiya departamentlərinin əməkdaşları ARDNF-in fəaliyyət istiqamətləri barədə ətraflı məlumat veriblər.

Seminarın keçirilməsində məqsəd şəffaflıq sahəsində əldə etdiyi nailiyyətlərə görə dünyanın bir çox nüfuzlu təşkilatları tərəfindən yüksək qiymətləndirilən ARDNF-in büdcəsi və investisiya fəaliyyəti haqqında KİV nümayəndələrinin daha geniş informasiyaya malik olmalarını təmin etmək, investisiya portfelinin şaxələndirilməsi və investisiya strategiyasının tətbiqi sahəsində daha ətraflı məlumatlandırma, fond barədə daha düzgün və peşəkar məlumatların yayılmasına nail olmaq, fondun ictimaiyyətlə əlaqələrinin inkişafına dair iştirakçıların təkliflərinin öyrənilməsi və ictimaiyyətin fond barədə dəqiq məlumatlandırılmasında jurnalistlər ilə birgə əməkdaşlığa nail olmaqdan ibarət olub.

Jurnalistlər ARDNF-in investisiya departamentinin fəaliyyəti ilə yerində tanış olublar. Seminarın sonunda iştirakçılara Dövlət Neft Fondunun sertifikatları verilib. Sertifikat alanlar arasında AZƏRTAC-ın əməkdaşı Nihad Budaqov da olub.


Müəllif: