23 Noyabr 2015 18:51
575

Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 13 nömrəli dərin dəniz özülündən 314 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Teleqraf.com SOCAR-ın saytına istinadən məlumat verir ki, quyu Qirməki Üstü Qumlu Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, 3585-3540 metr intervaldan gündəlik 90 ton neft və 65 min kubmetr qaz hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.


Müəllif: