25 Noyabr 2015 10:23
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi hər iki ölkənin "xərci" ni artıracaq".

Bu fikirlər iqtisadçı alim, ADR hərəkatının rəhbəri Qubad İbadoğluna məxsusdurş

Onun sözlərinə görə, Turkiyənin hava sərhədini pozan rusiyaya məxsus hərbi təyyarənin vurulmasından sonra Avrasiya məkanında iki böyük dövlət arasındakı münasibətlərdə son zamanlar yaranmış siaysi gərginliyi pik səviyyəsinə qaldırdı: "Yaranmış gərginlik iki ölkə arasında yalnız siyasi deyil, həm də, enerji, ticari və investisiya əməkdaşlığının səviyyəsinə də təsirsiz ötüşməyəcək. Tərəflər arasında mövcud olan fikir ayrılığının dərinləşməsi ilk növbədə enerji və turizm sahəsində perspektiv əməkdaşlıq imkanlarını məhdudlaşdıracaq. Belə ki, bundan sonra "Rosatom" korporasiyasının Türkiyədə atom elektrik stansiyası ("Akkuyu") inşa etməsi və bunun üçün nəzərdə tutulan, 20 milyard ABŞ dolları həcmində sərmayə yatırılması, Rusiya qazının Türkiyə vasitəsilə dünya bazarına çıxarılması, rus turistlərinin axını sahəsində risklər artacaq".

Q.İbadoğlu hesdab edir ki, Türkiyənin Almaniyadan sonra ikinci tiracət ortağı olan Rusiyadan idxalatı ötən il 25 milyard, ixracatı 6 milyard, ümumi ticarət dövriyyəsinin həcmi 31 milyard ABŞ dolları olub: "2020-ci ilədək bu iki ölkə arasında ticarət dövriyyəsinin ən azı 3 dəfə artırılması proqnozlaşdırılırdı. Çox güman ki, bu hadisədən sonra ticari münasibətlər sahəsində proqnozlar özünü doğrultmayacaq. Eyni zamanda rusiyalı turistlərin Turkiyəyə gedişinin əngəllənməsi bu ildən başlayaraq müşahidə olunan azalma tendensiyasını gücləndirərək, Türkiyənin aparıcı xidmət sektorunun çətinliklərini bir az da artıracaq.

Son məlumatlara görə, ötən il 4,5 milyon nəfər, bu ilin ilk 8 ayında isə 2,78 milyon nəfər rusiyalı turist Türkiyəni ziyarət edib. Lakin, bu münasibətlər qarşılıqlı oldğundan Rusiya iqtisadiyyatına da mənfi təsir göstərəcək. Türkiyə ilə başlanacaq "yeni iqtisadi müharibə" onzuz da sanksiyalardan və neft qiymətlərinin uculaşmasından zəifləyən və ildən ilə kiçilən Rusiya iqtisadiyyatı üçün də yaxşı perspektiv vəd etmir".


Müəllif: