25 Noyabr 2015 18:24
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov noyabrın 25-də ölkəmizdə səfərdə olan Latviyanın iqtisadiyyat naziri xanım Dana Reizniece-Ozola ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, qonağı səmimiyyətlə salamlayan K.Heydərov Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlərdən, nazirliyin Latviyanın müvafiq qurumları ilə uğurlu əməkdaşlığından bəhs edib.

Səmimi görüşə görə təşəkkürünü bildirən xanım D.Reizniece-Ozola FHN ilə ölkəsinin uyğun qurumlarının sıx əməkdaşlıq üçün böyük potensialın mövcudluğunu qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş müzakirə aparılıb.


Müəllif: