30 Noyabr 2015 15:40
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstehlak bazarında bir sıra idxal məhsullarının qiymətlərində artımlar davam edir. Şəhərin dükan-bazarlarında apardığımız müşahidələrin nəticələrinə görə, holland pendiri, qadın üçün saç boyaları, bezlər bahalaşıb.

Publika.az bildirir ki, holland pendirinin qiyməti əmtəə nişanından asılı olaraq 40-50 qəpik qalxıb.

“Ariel”, “Persil” yuyucu tozlarının satış qiymətləri də 50 qəpik bahalaşıb.

Rusiyadan gətirilmiş kolbasaların qiymətlərində isə 2 manat artım baş verib.

Çəki ilə satılan unun kiloqramının qiyməti 30 qəpikdən 50 qəpiyə yüksəlib.

Kənd yumurtası isə artıq 30 qəpiyə satılır.

Uşaq və qadın bezlərinin də qiyməti dəyişib. Məsələn, 5 nömrə “Pampers”in 1 ədədi yerindən asılı olaraq 25 qəpikdən 30-40 qəpiyə yüksəlib.

“Kotex” bezləri 40-50 qəpik bahalaşıb. Digər bezlərdə də 30 qəpik bahalaşma var.

Siqaretlərdən “Marlboro”nun qiymətində artım var. “Marlboro” 3 manatdan 3 manat 10 qəpiyə yüksəlib.


Meyvə-tərəvəzin də qiyməti qalxıb. Xüsusilə almanın. Hazırda bazarda almanın qiyməti 0,8 manatdan başlayır.


Bəzi yerlərdə pomidorun qiyməti 3 manat, kartof 0,8 manat təşkil edir.


Müəllif: