Bu gün Azərbaycan İKT-nin inkişafı baxımından dünyanın lider ölkələri sırasındadır.
Bunu rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Ramin Quluzadə "Bakutel-2015" sərgisində çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, bu sərgi informasiya texnologiyaları sahəsində mühüm töhfə verir:
"İqtisadiyyatın bütün sahələrinin inkişafı İKT-nin inkişafi ilə bağlı qarşımıza mühüm məqsəd qoyub. Bu gün Azərbaycan kosmik sahədə lider ölkəyə çevrilib”.
CEO şirkətinin direktoru Edvard Stroon bildirib ki, bu günə qədər Azərbaycan, Rusiya, Fransa, ABŞ və digər ölkələri təmsil edən 200-dən artıq şirkət sərgidə iştirak edəcəklərini təsdiqləyib:
“İştirakçıların 40%-i “Bakutel” sərgisinin daimi eksponentləridir. Yerli şirkətlərin diqqətini cəlb edən sərgidə bu il debütantların sayı iştirakçıların ümumi sayının 15%-ni təşkil edir”.
Qeyd edək ki, dekabrın 2-dən başlayan sərgi dekabrın 5-dək davam edəcək.
İlhamə