2 Dekabr 2015 17:57
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin dekabr ayının 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 6 milyard 245,6 milyon dollar təşkil edib.

Teleqraf.com AMB-yə istinadən bildirir ki, bu, oktyabr ayının yekunu ilə müqayisədə 589 milyon dollar və yaxud 8,6% azdır.


Son 1 ildə valyuta ehtiyatları 58,4%, ilin əvvəlindən isə 54,6% -7 512,7 milyon dollar azalıb.

Bu arada onu da qeyd edək ki, valyuta ehtiyatlarının indiki səviyyəsi 2010-cu ilin sonlarında qeydə alınıb.


Müəllif:

Oxşar xəbərlər