Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsini təsdiq edib.
2016-cı il dövlət büdcəsinin gəlirləri 14 566 000,0 min manat, xərcləri 16 264 000,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 13 799 654,5 min manat, yerli gəlirləri 766 345,5 min manat, mərkəzləşdirilmiş xərcləri 14 722 749,0 min manat, yerli xərcləri 1 541 251,0 min manat) məbləğində təsdiq edilib.
Dövlət büdcəsi kəsirinin yuxarı həddi 1698 000,0 min manat, icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 19 956 524,8 min manat məbləğində müəyyənləşdirilib.
Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan, Azərbaycan Respublikasının 2016-cı il icmal büdcəsinin kəsiri 9 947 954,7 min manat məbləğində müəyyən olunub.
Dövlət başçısı, həmçinin “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli Qanununun tətbiqi barədə fərman imzalayıb.
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsinin gəlirləri 3 078 570 100,0 manat, xərcləri 3 078 570 100,0 manat məbləğində təsdiq edilir.
Müəyyən edilir ki, 2016-cı ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
Gəlirlərin mənbələri |
Məbləğ (manatla) |
|
1. |
Məcburi dövlət sosial sığorta haqları, cəmi o cümlədən: |
1 972 200 100,0 |
1.1. |
büdcədən maliyyələşən təşkilatlar üzrə |
605 000 000,0 |
1.2. |
büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə |
82 500 000,0 |
1.3. |
büdcə təşkilatlarının büdcədənkənar vəsaitləri üzrə daxilolmalar |
12 500 000,0 |
1.4. |
digər sığortaedənlər o cümlədən: |
1 272 200 100,0 |
sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə |
53 540 100,0 |
|
Sair gəlirlər, cəmi o cümlədən: |
6 370 000,0 |
|
sanatoriya-kurort yollayışlarının qismən dəyəri üzrə daxilolmalar |
1 736 400,0 |
|
Dövlət büdcəsindən ayırmalar (transfert) |
1 100 000 000,0 |
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:
Xərclərin istiqamətləri |
Məbləğ (manatla) |
|
1. |
Əhaliyə ödənişlər, cəmi o cümlədən: |
3 011 145 000,0 |
1.1. |
əmək pensiyalarının ödənilməsinə, cəmi |
2 923 588 000,0 |
1.2. |
məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərə, cəmi ondan: |
87 557 000,0 |
əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə |
21 723 100,0 |
|
hamiləliyə və doğuşa görə |
27 144 100,0 |
|
uşağın anadan olmasına görə |
7 070 300,0 |
|
3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar |
9 757 300,0 |
|
dəfn üçün |
15 594 100,0 |
|
işsizliyə görə |
6 268 000,0 |
|
Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri |
20 015 100,0 |
|
Sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclər, cəmi o cümlədən: |
19 120 000,0 |
|
3.1. |
sanatoriya-kurort müalicəsi və istirahət üçün yollayışların alınmasına |
14 880 000,0 |
3.2. |
sığortaolunanların uşaqlarının sağlamlıq düşərgələrində istirahətinin təşkilinə |
320 000,0 |
3.3. |
sanatoriya-profilaktoriyalara yemək xərcləri, tibb xidməti və ştatların saxlanılmasına |
200 000,0 |
3.4. |
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının idman cəmiyyətlərinə məxsus idman qurğularının qismən saxlanılmasına (işçilərin əməkhaqqının ödənilməsi) |
2 460 000,0 |
3.5. |
Həmkarlar İttifaqlarının texniki və əməyin hüquqi müfəttişliyinin, etimadlı həkimlərin, sağlamlaşdırma işi ilə məşğul olan təlimatçıların saxlanılmasına |
1 260 000,0 |
Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının və onun yerli orqanlarının saxlanılması xərcləri |
27 000 000,0 |
|
Beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərcləri, cəmi o cümlədən: |
40 000,0 |
|
5.1. |
Beynəlxalq Sosial Təminat Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri |
14 000,0 |
5.2. |
MDB dövlətlərinin Sosial Təminat Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri |
26 000,0 |
Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında 2004-cü il 23 sentyabr tarixdə imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 noyabr tarixli 518 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "İnkişaf üçün Kredit Sazişi"nə əsasən "Pensiya və sosial təminat" layihəsi üzrə kreditin qaytarılması xərcləri |
1 250 000,0 |
Sığortaedənlərin keçmiş Dövlət Məşğulluq və Əlillərin Sosial Müdafiə fondlarına ayırmalar üzrə qalan borcları Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun orqanlarına köçürülür.
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının və yerli orqanlarının hesablarında ilin sonuna qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.
Büdcə ili ərzində dövlət büdcəsindən maliyyələşən təşkilatlara nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun orqanlarına tam məbləğdə daxil olmadıqda, nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər dövlət büdcəsindən ayırmaların (transfertin) məbləği artırılır, artıq daxil olduqda isə nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər dövlət büdcəsindən ayırmaların (transfertin) məbləği azaldılır.
Bu qanun 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.