10 Dekabr 2015 18:30
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi sahibkarlardan yükdaşıma xərclərinin azaldılması üzrə təkliflər gözləyir.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev Bakıda İxracatçılar Klubunun ikinci iclasında deyib.

O, qeyd edib ki, ixracatçıların üzləşdiyi əsas problemlərdən biri sertifikasiya məsələsidir: "Fikrimcə, sertifikasiya ilə bağlı bəzi dəyişikliklər edə bilərik".

Nazirin sözlərinə görə, son 10 ildə Azərbayanın əmtəə dövriyyəsi 4 dəfə artıb: "Ölkəyə qoyulan investisiyaların həcmi isə 200 milyard dolları ötüb. Bunun 48 faizi xarici investisiyaların payına düşür. Bu ilin 10 ayında Azərbaycanın əmtəə dövriyyəsi 17,2 milyard dollar təşkil edib".


Müəllif:

Oxşar xəbərlər