14 Dekabr 2015 13:02
3 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaşlar banklardan kredit götürəndə və yaxud zamin duranda çox vaxt kredit müqaviləsini oxumurlar və buna görə də kedit məsuliyyətini də kifayət qədər dərk etmirlər. Mütəxəssislər tövsiyə edir ki vətəndaş kredit müqaviləsini və yaxud zaminlik müqaviləsini mütləq oxusun, ətraflı tanış olsun və sonra imzalasınlar.

İqtisadçı-ekspert İldırım Qurbanov bununla bağlı tövsiyələrini bölüşüb: “Bəzən elə hallar olur ki, borcalan müqaviləni oxuyandan sonra kredit məsuliyyətini dərk edir və sonra daha az məbləğdə (öz tələbatını ödəyəcək miqdarda) kredit götürmək istəyir. Yaxud zamin duracaq şəxs zaminlik müqaviləsini oxuyandan sonra zaminlikdən doğan məsuliyyəti dərk edir və bundan imtina edir. Bəzi hallarda isə tərəddüd edir zamin durmağa. Amma heç oxumayanda müqavilə şərtlərindən xəbərsiz olanda sonradan bunun əziyyətini çəkmiş olur”..

Ekspert vətəndaşlar üçün qısa izahat verərək kredit müqaviləsinin bağlanma səbəblərinə aydınlıq gətirib: “Kredit müqaviləsi kommersiya bankı və borcalan(kredit götürən) arasında imzalanan sazişdir. Həmin sazişə əsasən, bank müddətlilik, qaytarılma və ödəmə şərtləri ilə borc alana razılaşdırılmış məbləğdə kredit təqdim etməyi öhdəsinə götürür, borc alan isə alınmış məbləği təyinatı üzrə istifadə etməyi və müəyyən edilmiş müddətdə qaytarmağı (şərtləşdirilmiş faizləri ödəməklə) öhdəsinə götürür”.

Zaminlik müqaviləsinin də nəyə görə bağlanması çoxlarına maraqlıdır. Ekspertdeyir ki, banklar girovsuz verdikləri kreditləri zaminliklə də təmin edir və bu halda bankla zamin arasında zaminlik müqaviləsi bağlanır: “Həmin müqavilənin mahiyyəti ondan ibarətdir ki, zamin də borclu ilə birgə bank qarşısında kreditin qaytarılmasına görə məsuliyyət daşıyır. Yəni kredit qaytarılmadıqda bank onu zamindən də tələb edir. Zamin kreditə görə bütün əmlakı ilə məsuliyyət daşıyır. Təəssüf ki, zaminlərin çoxu bunu bilmir və zaminlik müqaviləsini imzalayanda məsuliyyətini tam dərk etmir. Krediti borclu deyil, zamin ödədikdə, borclu artıq banka deyil, zaminə borclu hesab olunur. Yəni, bankın kredit üzrə tələbləri zaminə keçir və məsələ məhkəmə qaydasında həll edilir”.

İldırım Qurbanov deyir ki, zamin durmaq kredit götürməkdən daha çətindir: “Kredit götürən şəxs bu vəsaitindən yararlanır, amma zamin duran şəxs bu vəsaitdən bir qəpik də olsa istifadə etmədiyi halda əgər kreditin ödənişində problem yaranarsa çox əziyyət çəkir. Ona görə də bir daha tövsiyə edirəm ki müqavilələri oxumaq mütləqdir”.


Müəllif:

Oxşar xəbərlər