16 Dekabr 2015 10:34
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

FES-in uçot dərəcələrini artıracağı ehtimal olunur

ABŞ-da Mərkəzi Bankın funksiyasını yerinə yetirən Federal Ehtiyat Sisteminin (FES) Federal Açıq Bazar Komitəsində (FABK) müzakirələr dekabrın 16-da başa çatacaq. Ehtimal olunur ki, FEC son 9 ildə ilk dəfə olaraq uçot dərəcələrini artıracaq. Buna ABŞ iqtisadiyyatında müşahidə olunan sabitlik və onun gələcəyi ilə bağlı nikbin gözləntilər əsaslar yaradır. FES-in xanım sədri Janet Yellen bu həftənin 3-cü günü keçirəcəyi mətbuat konfransında FABK-dəki müzakirələrin nəticələrini açıqlayacaq.

İqtisadçı Qubad İbadoğlu hesab edir ki, əgər FES uçot dərəcələrini dəyişməklə bağlı qərar qəbul edərsə, bu dünya maliyyə bazarlarında stress yaradacaq, xüsusilə də bu stressdən ciddi təsirlənən inkişaf etməkdə olan zəif və həsas iqtisadiyyatlı ölkələr, o sıradan Rusiya, Cənubi Afrika, Türkiyə, hətta Çin və Hindistan olacaq: "Bu ölkələrin milli valyutalarının heç şübhəsiz ki, ABŞ dollarına nəzərən dəyərini bir az da itirəcək. Bu halda həmin ölkələrin orbitində olan iqtisadiyyatlara da psixoloji effektlər üzrə neqativ təsirlər müşahidə oluna bilər. Azərbaycan da belə təsirlərdən sığortalanmayıb. Hesab edirəm ki, manatın taleyinin müəyyənləşdirilməsində bu hadisənin rolu az olmayacaq.

Bununla yanaşı avronun da dollara nəzərən ucuzlaşması, Avropa və Asiya Fond birjalarında səhmlərin dəyərsizləşməsi də gözləniləndir".


Müəllif:

Oxşar xəbərlər