18 Dekabr 2015 18:50
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 21-də İran İslam Respublikasının Tehran şəhərində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 10-cu iclası keçiriləcək.

İqtisdadiyyat və Sənaye Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrlərinin – iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edəcək.

İqtisadiyyat və sənaye naziri, Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin 21-22 dekabr tarixlərində İran İslam Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər, Təbriz və Tehran şəhərlərində İran - Azərbaycan biznes forumları keçiriləcək.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər