23 Dekabr 2015 00:57
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suxeyl əl Məzrui hesab edir ki, neft bazarında tələbat və təklif arasında tarazlıq 2016-cı ildə yaranacaq.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, nazir bildirib ki, bu, dünyada iqtisadi vəziyyətdən asılı olaraq, gələn ilin əvvəlinə və ya sonuna yaxın baş verə bilər. Nazir həmçinin qeyd edib ki, ABŞ hökumətinin ölkədən neftin ixracına qoyulan embarqonu ləğv etməsi bazara əhəmiyyətli dərəcədə təsir etməyəcək.

“Bu qərar bazarda hasilatın və təklifin fundamental səviyyəsinə təsir etməyəcək”, deyə Əl Məzrui bildirib.


BƏƏ energetika naziri xatırladıb ki, OPEK-in 2014-cü ilin sonunda neftin qiymətinin düşməsinə cavab olaraq hasilat həcminin azaldılmamasına dair qəbul etdiyi qərar iki il müddətinə hesablanıb. Onun sözlərinə görə, o vaxtdan bir il keçib və qərar hələ bir ildə qüvvədə qalmalıdır.


Qeyd edək ki, son aylar OPEK ölkələrinin neft hasilatı həcminin səviyyəsi kollektiv kvotanı (sutkada 30 mln barel) xeyli üstələyib.


Bu ilin dekabrın əvvəlində keçirilmiş toplantına OPEK ölkələri hasilat həcminin optimal səviyyəsinə dair razılığa gələ bilməyiblər.


Müəllif:

Oxşar xəbərlər