SOCAR və "Özbəkneftqaz" milli holdinq şirkəti enerji texnologiyalarının Özbəkistanın neft-qaz sahəsində tətbiqi üzrə birgə müəssisə yaratmaq niyyətindədir.
Bu barədə Trend "Sputnik Özbəkistan"a istinadən məlumat verir.
"Özbəkneftqaz"ın nümayəndəsi qeyd edib ki, tərəflər birgə müəssisənin paritet əsaslarda yaradılması barədə memorandum imzalayıb.