2015-ci ilin yanvar-noyabr aylarında sığorta növləri arasında ən ciddi artım su nəqliyyatı vasitələrinin sığortasında qeydə alınıb.
Bu növ sığortadan toplanan sığorta haqqı 4 dəfə artaraq 2,74 mln. manat təşkil edib. Bundan başqa, peşə məsuliyyətinin sığortasında yığım 87,5% artaraq 700 min manat, işin dayanması ilə bağlı risklərdən sığortada isə 81,6% artaraq 25 min manat olub.
"Report"un Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən verdiyi xəbərə görə, sığorta haqlarının məbləği həyatın yaşam sığortasında 28,3% artaraq 62,3 mln. manat, sağalmaz xəstəliklərdən sığortada 13,5% artaraq 390 min manat, tibbi sığortada 3,4% artaraq 63,4 mln. manat, əmlakın yanğından və digər risklərdən sığortasında 1,9% artaraq 31 mln. manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında 30,6% artaraq 1,1 mln. manat, istehsalatda bədbəxt hadisələrdən sığortada 3,6% artaraq 28,6 mln. manat, daşınmaz əmlakın icbari sığortasında 48,8% artaraq 24 mln. manat, avtomobillərin icbari sığortasında isə 9,2% artaraq 70,8 mln. manat təşkil edib.
11 ay ərzində sığorta növləri arasında ən ciddi azalma isə yük daşıyanın mülki məsuliyyətinin sığortasında qeydə alınıb. Bu növ sığortadan daxilolmaların məbləği 94,8% azalaraq 1,2 min manat təşkil edib. Bundan başqa, pul və pul sənədlərinin saxtalaşdırılmasından sığortada yığım 87,1% azalaraq 3,8 min manata, kreditlərin sığortasında isə 48% azalaraq 624 min manata düşüb.
Sığorta haqlarının məbləği həyatın ölüm halından sığortasında 15,2% azalaraq 12,9 mln. manat, fərdi qəza və xəstəlik sığortasında 24,6% azalaraq 7,5 mln. manat, səfər sığortasında 1,4% azalaraq 1,9 mln. manat, avtomobillərin könüllü sığortasında 23,5% azalaraq 26,4 mln. manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında 12,8% azalaraq 322 min manat, sərnişinlərin icbari fərdi qəza sığortasında isə 15,9% azalaraq 122 min təşkil edib.
Bu ilin yanvar-noyabr aylarında sığorta ödənişlərinin ən ciddi artımı isə kənd təsərürfatı heyvanlarının sığortasında qeydə alınıb. Bu növ sığortada ödəniş 2,5 dəfə artaraq 354 min manat təşkil edib. Bundan başqa, hava nəqliyyatı vasitələrinin sığortasında yığım 2,3 dəfə artaraq 504 min manat, kreditlərin sığortasında isə 83,5% artaraq 134 min manat olub.
Sığorta ödənişlərinin məbləği həyatın ölüm halından sığortasında 78,7% artaraq 2 mln. manat, həyatın yaşam sığortasında 64,1% artaraq 38,7 mln. manat, tibbi sığortada 4,7% artaraq 46,3 mln. manat, səfər sığortasında 15,9% artaraq 277 min manat, avtomobillərin icbari sığortasında isə 10,6% artaraq 30,1 mln. manat təşkil edib.
11 ay ərzində sığorta ödənişlərinin ən çox azalması isə su nəqliyyat vasitələrinin sığortasında, işçilərin dələduzluğu sığortasında və yanğından icbari sığortada qeydə alınıb. Bu növ sığortalar üzrə ödəniş 100% azalıb. Bundan başqa, kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə ödəniş 78,8% azalaraq 61 min manat, sağalmaz xəstəliklərtdən sığortada isə 78,1% azalaraq 14 min manat olub.
Sığorta ödənişlərinin məbləği fərdi qəza və xəstəlik sığortasında 28,1% azalaraq 1 mln. manat, əmlakın yanğından və digər risklərdən sığortasında 26% azalaraq 5,3 mln. manat, kasko sığortasında 15,6% azalaraq 21,8 mln. manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında isə 71,5% azalaraq 160 min manat, istehsalatda bədbəxt hadisələrdən sığortada 2,5% azalaraq 2 mln. manat, daşınmaz əmlakın icbari sığortasında isə 38,9% azalaraq 1,1 mln. manat olub.