30 Dekabr 2015 18:47
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR-ın mühüm struktur vahidlərindən olan “Azneft” İstehsalat Birliyi hasilat prosesində, tikinti-quraşdırma işlərində, yataqların işlənilməsində mütərəqqi yeniliklərin tətbiqinə önəm verir, yeni texnika, texnologiya və avadanlıqlar öz müsbət təsirini göstərir.

Teleqraf.com-un SOCAR-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, cari il ərzində də bu istiqmətdə bir çox tədbirlər həyata keçirilmişdir. Qazmadan çıxan quyularda laylardan gələn mexaniki qarışıqların, eləcə də qum təzahürünün qarşısının alınması məqsədilə məftilli süzgəclər tətbiq edilir ki, nəticədə quyunun uzunmüddətli istismarı təmin olunur. İstehsalatda tətbiqi genişləndirilən iki pakerli qoruyucular isə uzun müddət istismarda olan və korroziyaya uğramış kəmərləri bərpa edir, sızmaların qarşısını alır.

Bundan başqa, dənizdə ləğv olunmuş quyuların gövdələrinin dənizin dibindən kəsilərək quyu ağzının hermetik və etibarlı bağlanması işi həyata keçirilir. Bu üsulla həm fəaliyyəti dayandırılmış quyular ekoloji cəhətdən etibarlı ləğv edilir, həm də dəniz akvatoriyası təmizlənir. Yeni nəsil “Qazodinamik” seperator qurğusunun tətbiqi hasil olunmuş qazın tərkibindəki mayenin qazdan ayrılmasını təmin edir. Bütün bunlarla yanaşı, 2015-ci il ərzində Birlik üzrə 405 obyektdə yeni texnika və texnologiya tətbiq olunmuş, nəticədə 29,5 min ton əlavə neft əldə edilmişdir. Bu, ötən ilin göstəricisindən 7,1 min ton artıqdır. Səmərəliliyin artırılmasına xidmət edən yeni texnika və texnologiyaların tətbiqi bundan sonra da davam etdiriləcəkdir.


Müəllif:

Oxşar xəbərlər