5 Yanvar 2016 18:27
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ildə əmtəə bazarında müşahidə edilən ucuzlaşmanın 2016-cı ildə də davam edəcəyi gözlənilir.

Publika.az “Bloomberg”ə istinadən xəbər verir ki, mütəxəssislər cari ilin də əmtəə bazarları üçün gərgin keçəcəyini proqnozlaşdırırlar. Belə ki, Çin iqtisadiyyatındakı yavaşlama, ABŞ Mərkəz Bankının (FES) faiz artımı qərarı dolların məzənnəsini gücləndirməkdədir.

Bu vəziyyətdən ən çox təsirlənən ölkələr isə Rusiya, Braziliya, İndoneziya, Malayziya və Cənub Afrika kimi əmtəə ixracatçısı ölkələrdir. Əmtəələr arasında “Brent” neftinin bareli 35,96 dollara düşərək son 11 ilin ən aşağı səviyyəsinə geriləyib.


Müəllif: