6 Yanvar 2016 18:58
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qaradağ” yatağındakı 485 nömrəli quyu qazmadan sonra istismara verilib.

Teleqraf.com SOCAR-ın saytına istinadən məlumat verir ki, məhsuldar qat çöküntülərinin VIII horizontuna qazılmış quyu 3200-3180 metr dərinlik intervalından hazırda sutkada orta hesabla 55 min kubmetr qaz hasilatı ilə işləyir.

Quyuda istismar işləri “Azneft” İB-nin Qaz Anbarları İstismarı İdarəsi tərəfindən həyata keçirilir.


Müəllif: