11 Yanvar 2016 18:48
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sahibkarların maarifləndirilməsi və onlara dövlət maliyyə dəstəyinin göstərilməsi məqsədilə 2015-ci ildə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 39-u regionlarda, 7-si isə Bakı şəhərinin qəsəbələrində olmaqla 46 işgüzar forum keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xdimətindən Teleqraf.com-a verilən məlumata görə, 4000-dən çox sahibkarın iştirak etdiyi tədbirlər çərçivəsində sahibkarlara güzəştli kreditlər verilib, kreditlərin verilməsi mexanizminə dair maarifləndirici treninqlər keçirilib, sahibkarlara nümunəvi investisiya layihələri təqdim olunub.

Ümumilikdə, ötən il İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5243 sahibkara 248.5 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdıdırlması 12600-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradır.

Naibə QURBANOVA


Müəllif: