11 Yanvar 2016 18:11
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam Respublikasında heyvanlar arasında dabaq xəstəliyinin yayılması ilə əlaqədar Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin səlahiyyətini müvəqəti idarə edən Azər Süleymanov tərəfindən əmr imzalanıb.


Dövlət Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) rəsmi məlumatında İran İslam Respublikasının Qum bölgəsində dabaq xəstəliyinin baş verdiyi bildirilib.

Bununla əlaqədar əmrdə həmin bölgədən və risk zonasına yaxın olan Arak, Kaşan və Tehran bölgələrindən də diri heyvanların və heyvandarlıq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması, eləcə də digər dövlət baytarlıq nəzarətində olan yüklərin idxalına isə İran İslam Respublikasının Dövlət Baytarlıq Xidmətinin yük çıxan ərazinin epizootik vəziyyəti və məhsulun sağlamlığı haqqında arayışı olduğu təqdirdə baxılması qeyd edilir.

İran İslam Respublikasında baş vermiş dabaq xəstəliyi ilə bağlı ölkəmizin bu xəstəlikdən qorunması üçün bütün zəruri tədbirlər görülməsi məqsədilə müvafiq strukturlara tapşırıqlar verilib və aidiyyəti dövlət qurumları məlumatlandırılıb.


Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, dabaq xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə ölkəmizdə epizootik vəziyyət sabitdir.


Müəllif: