14 Yanvar 2016 22:21
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ildə valyuta satışını davam etdirir. 15 yanvar 2016-cı il tarixində Mərkəzi Bankın müntəzəm hərracları vasitəsilə hərrac təşkil ediləcək.

Fonddan Teleqraf.com-a verilən məlumata görə, hərracda ölkədəki bütün bankların iştirak etmək imkanı var. Hərraca 200 milyon ABŞ dolları məbləğində vəsait çıxarılacaq.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.


Müəllif: