24 Yanvar 2016 08:52
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il Azərbaycanda xam neft ixracı ümumi ixracın 77,61, neft məhsulları (2710 mal kodu üzrə) 6,58, təbii qaz isə 1,76 faizini təşkil edib.

Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, keçən il ölkədən 8 milyard 866 milyon 158 min ABŞ dolları dəyərində xam neft, 751 milyon 921 min dollarlıq neft məhsulları (2710 mal kodu üzrə) və 200 milyon 739 min dollar həcmində təbii qaz ixrac olunub.


Müəllif: