9 İyun 2014 15:25
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Sumqayıt şəhəri, Sülh küçəsi, məhəllə 34, ev 20/13 ünvanında fəaliyyət göstərən fiziki şəxs Hüseynov Cahid İbrahim oğluna məxsus mağazada aparılan yoxlama zamanı qanunsuz reklam üsullarından istifadə edilməklə istehlakçıların çaşdırılması halları müəyyənləşdirilib.

Teleqraf.com-un məlumatına görə, mağazaya məxsus reklam xarakterli bukletlərdə “Technom, Tələsin! Qiymətlərin ağını çıxartdıq”, “Technom, Tələsin! Qiymətlərdə endirim” və mağazaya məxsus küçə reklamında “Technom, tələsin, bayramda hər şey su qiymətinə, kreditlə alış-veriş et, hədiyyə qazan” məzmunlu reklamların yayımlanmasına baxmayaraq, mağazada satışda olan malların qiymətinə heç bir endirimin tətbiq edilmədiyi və hədiyyə kampaniyasının həyata keçirilmədiyi aşkar olunub. Bundan başqa, bayram kampaniyası ilə əlaqədar küçə reklamında kampaniyanın əhatə etdiyi dövr barədə heç bir məlumat verilmədiyi müəyyən edilib.

Qanun pozuntusuna yol vermiş Cahid Hüseynov barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.

Naibə


Müəllif: