9 İyun 2014 16:39
2 381
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Birləşmiş Sukanal” MMC, “Oğuz-Qəbələ-Bakı” Su kəməri idarəsi və “Kür Su Kəmərləri” İdarəsi üçün müxtəlif vəzifələrə işçi qəbulu elan edib.

ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən xəbərə görə, “Birləşmiş Sukanal” MMC-yə nasos qurğularının maşinisti, kimyəvi təhlil laborantı, su kəməri-kanalizasiya şəbəkəsinin baxıcısı, təmirçi çilingər, texnoloji boru kəmərlərinin quraşdırıcısı peşələri üzrə işçilər tələb olunur.

Namizədlər şeçilərkən Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Salyan rayonlarından olan vətəndaşlara üstünlük veriləcək.

“Oğuz-Qəbələ-Bakı” Su kəməri idarəsi üçün işçi qəbulunda Ağsu, Kürdəmir, Zərdab və Ucar rayonlarından olan namizədlərin iştirakı məqsədəuyğun hesab edilir.

“Kür su kəmərləri” İdarəsində boş yerlərə namizədlər seçilərkən Hacıqabul, Şirvan, Salyan, Biləsuvar rayonlarından olan vətəndaşlara üstünlük veriləcək.

NİGAR


Müəllif: