29 Yanvar 2016 10:20
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Muxtar Respublikasında 2015-ci il ərzində muxtar respublikanın Sahibkarlığa Kömək Fondunun kredit vəsaiti və digər mənbələr hesabına sənaye və kənd təsərrüfatı yönümlü 41 istehsal və 6 xidmət sahəsi olmaqla, ümumilikdə, 47 müəssisənin yaradılması istiqamətində işlər başa çatdırılıb.

Teleqraf.com Muxtar Respublikanın İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, ötən il Sahibkarlığa Kömək Fondu tərəfindən 25 müxtəlif təyinatlı layihənin maliyyələşdirilməsinə güzəştli şərtlərlə 11 milyon 289 min 200 manat maliyyə dəstəyi göstərilib.

Naxçıvanın istehsal müəssisələrində 119 növdə, 513 çeşiddə ərzaq, 242 növdə, 603 çeşiddə qeyri-ərzaq olmaqla, 361 növdə, 1116 çeşiddə məhsul istehsal olunur. İstehsal olunan 107 növdə ərzaq, 236 növdə qeyri-ərzaq olmaqla, 343 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.


Müəllif: