29 Yanvar 2016 16:59
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Neft Daşları” yatağındakı 2585 saylı platformadan 2603 nömrəli quyuda qazma işləri uğurla davam etdirilir.

Teleqraf.com-un SOCAR-ın saytına istinadən məlumat verir ki, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 2620 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 30 ton neft hasil olunacağı nəzərdə tutulur.


Müəllif: