Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi bu il fevralın 1-nə 4 398,5 milyon ABŞ dolları təşkil edib.
Bu, 2015-ci ilin müvafiq dövrünə nisbətən 8 milyard 282,3 milyon dollar azdır. Dekabr ayı ilə müqayisədə yanvarda valyuta ehtiyatları 618,2 milyon dollar azalıb.