3 Fevral 2016 09:22
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neft qiymətinin düşməsinə görə Britaniyanın BP şirkəti 2015-ci ilin yekunlarına əsasən 6,48 milyard dollar itirib.


Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, 2014-cü ildə şirkətin təmiz gəliri 3,78 milyard dollar təşkil edib.

BP-nin icraçı direktoru Robert Dudley şirkətin yeni şəraitə uyğunlaşmasına dair işlər aparıldığını deyib.

Ötən ilin əvvəlində BP növbəti 2 il ərzində 4 min iş yerinin ixtisar ediləcəyini bildirib. Bu işçilərin ümumi sayının 24 mindən 20 minə salınacağını nəzərdə tutur.


Müəllif:

Oxşar xəbərlər