Bu günlərdə "Neft Daşları" yatağındakı 1887 saylı Stasionar Dəniz Özülündən 1813 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
ARDNŞ-dən Teleqraf.com-a verilən məlumata görə, quyu Fasilə Lay Dəstəsindən sutkalıq 30 ton neft hasilatı ilə istismara daxil edilib.
Quyuda istismar işləri "Neft Daşları" NQÇİ tərəfindən həyata keçirilir.