5 Fevral 2016 19:33
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın infrastruktur naziri Andrey Pivovarski hesab edir ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Asiya ilə Avropanı birləşdirən dəmir yolu marşrutu mart ayından etibarən işə salınacaq.

Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Nazir deyib ki, bütün texniki problemləri tənzimləyən yekun sazişin imzalanması Bakıda təxminən fevralın 20-nə gözlənilir.

Qeyd edək ki, Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin (Xəzər və Qara dənizi vasitəsilə) marşrutu üzrə yanvarın 15-də İliçevskdən yola düşən ilk sınaq konteyner qatarı fevralın 2-də təyinat yerinə çatıb.

Xatırladaq ki, yanvarın 14-də Bakıda keçirilmiş dördtərəfli görüşdə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna nümayəndələri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda vahid tariflərin müəyyənləşdirilməsi haqqında razılığa gəliblər. Müvafiq protokolu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Qazaxıstan Dəmir Yolu” SC-nin prezidenti Askar Mamin, “Gürcüstan Dəmir Yolu” SC-nin rəisi Mamuka Baxtadze və “Ukrayna Dəmir Yolu” SC-nin İdarə Heyətinin sədr əvəzi Aleksandr Zavqorodniy imzalayıblar.


Müəllif:

Oxşar xəbərlər