Bakı Biznes Mərkəzində Vergilər Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" adlı V Vergi Forumu keçirilir.
Teleqraf.com-un məlumatına görə, forumda Prezident Administrasiyasının, Milli Məclisin, Vergilər Nazirliyinin, digər dövlət orqanlarının, Milli Elmlər Akademiyasının müvafiq strukturlarının, Dünya Bankının, yerli bankların, qeyri-hökumət təşkilatlarının, sahibkarların ictimai birliklərinin nümayəndələri və iş adamları iştirak edir.
Tədbirdə çıxış edən vergilər nazirinin müavini Sahib Ələkbərov dünyada enerji daşıyıcılarının qiymətininin ucuzlaşdığı bir vaxtda Azərbaycanın böhrana dayanıqlılığının uğurlu iqtisadi inkişafın göstəricisi olduğunu vurğulayıb.
Təbii ki, neftin qiymətinin ucuzlaşması Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmalarına da təsir edib. Bununla belə nazirliyin xətti ilə 7 büdcəyə milyard manatdan artıq vəsait daxil edilib ki, bu da öhdəliyə 100.1 faiz əməl olunması deməkdir.
Forum davam edir.
Naibə QURBANOVA