10 Fevral 2016 10:49
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Vergilər Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" adlı V Vergi Forumu keçirilir.

Teleqraf.com-un məlumatına görə, forumda çıxış edən millət vəkili Ziyad Səmədzadə bildirib ki, Azərbaycan dövləti iqtisadi dayanıqlığını bundan sonra da qoruyub saxlayacaq: "Müstəqilliyin ilk illərində neftin qiyməti 13-15 dollar idi, o zaman nə iri layihələr, nə də onları reallaşdıracaq maliyyə vardı. Amma qısa müddət ərzində düşünülmüş iqtisadi siyasət nəticəsində iqtisadi inkişafa nail olduq. Indi isə digər sahələrin - qeyri-neft sektorunun, insan kapitalının inkişafına ehtiyac var. Yaxın zamanlarda bu sahədə də böyük uğurlar qazanacağıq. Çünki Azərbaycanın bu sahədə böyük potensialı var, beyin mərkəzi var".

Ziyad Səmədzadə dünya bazarında neftin qiymətinin ucuzlaşmasının Azərbaycanın iqtisadi dayanaqlığına təsir etməyəcəyini deyib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər