11 Fevral 2016 16:17
1 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) 3 nömrəli istehsalat sahəsinin katalitik-riforminq qurğusu təmirdən sonra istismara buraxılıb.

Teleqraf.com SOCAR-ın saytına istinadən məlumat verir ki, qurğunun hidrotəmizləmə bölməsinin istidəyişdiricisində olan nasazlığın, platforminq bölməsindəki reaktorun mərkəzi borusunda və səbətlərdə tutulmaların aradan qaldırılması məqsədilə aparılan təmir işlərinə zavodun 13 nömrəli təmir-quraşdırma sahəsinin müxtəlif təyinatlı briqadaları, eləcə də istehsalat sahəsinin texniki heyəti cəlb olunub.

Bundan əlavə, qurğunun bir neçə su buxarı xətti təmir edilib, platforminq bölməsindəki sobada torkret-beton işləri yerinə yetirilib, sobanın üst hissəsində metal təbəqələr dəyişdirilib, qurğunun bəzi bölmələrində aparatlar açılıb təmizlənib.

Fevral ayının əvvəlllərindən başlanılmış təmir işləri uzadılmış iş rejimində aparılaraq, qısa müddətdə keyfiyyətlə yerinə yetirilib.


Müəllif: