12 fevral 2016-cı il tarixində Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib.
Mərkəzi Bank tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb.
Hərracda iştirak edən 10 bank tərəfindən məcmu tələb 33,6 milyon ABŞ dolları təşkil etdiyindən, sifarişlər 100 faiz təmin olunub.