14 Fevral 2016 17:15
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

“SOCAR Turkey Enerji A.Ş.” Avstriyanın enerji şirkəti OMV-nin Türkiyədəki “Petrol Ofisi” yanacaqdoldurma şəbəkəsini ala bilərmi?

"Marja" “haberturk.com”a istinadən xəbər verir ki, “SOCAR Turkey Enerji A.Ş.”nin rəhbəri Kənan Yavuz şirkətin “OMV Petrol Ofisi A.Ş.”nin səhmlərini alacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: “Bu mövzu ilə bağlı hazırkı dövrdə müsbət və ya mənfi bir cavab vermək istəmirəm. OMV səhmlərin satılacağı ilə əlaqədar hələ ki yeni açıqlama verib. Ona görə də alğı-satqı əməliyyatları üçün hələ çox tezdir. Qarşıdakı günlərdə bu məsələ ilə bağlı mövqeyimiz bilinəcək”.

Qeyd edək ki, Avstriyanın enerji şirkəti OMV Türkiyədə sahib olduğu “OMV Petrol Ofisi A.Ş.” şirkətinin səhmlərini satışa çıxarıb. Şirkət “OMV Petrol Ofisi A.Ş.”-nin səhmlərinin 100 faizinin satılması üçün bəzi şirkətlərlə danışıqlar aparır.

OMV özünün “Petrol Ofisi” adlı 1785 yanacaqdoldurma şəbəkəsi ilə Türkiyə bazarının lideridir.


Müəllif:

Oxşar xəbərlər