11 İyun 2014 12:13
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə bu ilin may ayı ərzində dövlət büdcəsinə daxilolmalar 133 milyon 574,2 min manat təşkil edib.

Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 faiz çoxdur.

Hesabat ayında gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 20 milyon 605,18 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 105 milyon 418,28 min manat, aksizlər üzrə 6 milyon 127,22 min manat, yol vergisi üzrə isə 1 milyon 423,52 min manat təşkil edib.

Naibə


Müəllif: