11 İyun 2014 17:33
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü ilin yanvar-may aylarında Azərbaycanda 17,7 milyon ton neft və qaz-kondensat hasil olunub.

2013-cü ilin müvafiq dövründə bu göstərici 18,12 milyon ton təşkil edib.

Bu barədə Teleqraf.com-a Dövlət Statistika Komitəsindən bildirilib.

2013-cü ildə Azərbaycanda cəmi 43,1 milyon ton neft və qaz-kondensat hasil olunub. 2012-ci ildə bu rəqəm 42,98 milyon ton olub.

Ötən il neft hasilatının əsas həcmi "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun və "Şahdəniz" qaz-kondensat yatağının payına düşüb.

Yanvar-may aylarında ölkədə 7,6 milyard kubmetr əmtəəlik qaz hasil olunub. Ötən ilin müvafiq dövründə bu göstərici təqribən 7,4 milyard kubmetr təşkil edib.

2013-cü ildə Azərbaycanda 17,9 milyard kubmetr əmtəəlik qaz hasil olunub, 2012-ci ildə isə bu rəqəm 17,24 milyard kubmetr təşkil edib.


Müəllif: