23 Fevral 2016 20:51
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 6 nömrəli dərin dəniz özülündə 152 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Teleqraf.com SOCAR-ın saytına istinadən məlumat verir ki, quyu məhsuldar qat çöküntülərinin Balaxanı Lay Dəstəsinin IX horizontundan fontan üsulu ilə məhsul verib, 2845-2761 metr intervaldan sutkalıq 15 ton neft və 90 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.


Müəllif:

Oxşar xəbərlər