28 Fevral 2016 19:44
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın paytaxtı Tokyonun ticarət və əyləncə mərkəzi kimi tanınan Şibuyada yapon iş adamlarını özündə birləşdirən “Kaonaga Club”ın növbəti tədbiri keçirilib. Yüzdən çox iş adamının qatıldığı tədbirdə yapon biznesi üçün maraq kəsb edən ölkələr, o cümlədən, Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmiş Azərbaycan haqqında da söhbət açılıb.

Teleqraf.com AZƏRTACA-a istinadən bildirir ki, tədbiri giriş sözü ilə açan “Kaonaga Club”ın prezidenti Yoşinobu Kanayama yapon biznesi üçün maraqlı olan ölkələr - Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, İslandiya, Sudan və Filippin haqqında məlumat verib. O, dünyanı bürüyən iqtisadi böhran dövründə yapon kiçik və orta biznesinin inkişafında məhz bu ölkələrin, xüsusilə Azərbaycanın mühüm rol oynaya biləcəyini qeyd edib.

Tanınmış iqtisadçı-ekspert, “Cross Border Club”ın prezidenti Kazuyasu İşida son üç ildə Azərbaycana 12 dəfə səfər etdiyini və özü ilə birlikdə təxminən 350 yapon iş adamını ölkəmizə apardığını bildirib. Qeyd edilib ki, artıq bir neçə sahədə Azərbaycanla uğurlu və davamlı biznes əlaqələri qurulmaqdadır. Azərbaycanın biznes həyatının perspektivləri çox parlaqdır.

Tədbirdə Hokkaydo Universitetinin doktorantı Əlibəy Məmmədov ölkəmizdəki biznes mühiti barədə ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan coğrafi cəhətdən əlverişli mövqedə yerləşdiyi üçün dünyanın güc mərkəzləri, böyük dövlətləri bu regionda yeni layihələr həyata keçirərkən ölkəmizlə hesablaşırlar. Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilməklə yanaşı, eyni zamanda, beynəlxalq enerji təhlükəsizliyinə öz töhfələrini verməkdədir. Respublikamızda biznes mühitinin kifayət qədər əlverişli olduğu, Yaponiyanın keyfiyyətli məhsullarının ölkəmizdə yüksək qiymətləndirdiyi xüsusi qeyd olunub.


Tədbir ümumi müzakirələrlə davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.


Müəllif:

Oxşar xəbərlər