Bu gün fevralın 29-da Milli Məclisin deputatı, Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyevlə Qərbi Avstraliya hökumətinin beynəlxalq ticarət və investisiyalar üzrə regional meneceri Con Şut Azərbaycan və Avstraliya arasında iqtisadiyyat sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Teleqraf.com-un məlumatına görə, danışıqlar zamanı iki ölkənin iş adamlarının görüşünün təşkili, müxtəlif layihələrə investisiya qoyma məsələləri müzakirə olunub.
C.Şut Qərbi Avstraliyanın investisiya potensialını təqdim edib. Görüş çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.