2016-cı ilin yanvarında Azərbaycan 2 mln. 725 min 291,08 ton neft ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 4,8% azdır.
Teleqraf.com Dövlət Gömrük Komitəsinin (DGK) göstəricilərinə istinadən bildirir ki, yanvarda Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 2 mln. 288,59 min ton (həmçinin “Şahdəniz” yatağından 212 min 294,23 ton qaz kondensatı), Bakı-Supsa neft kəməri ilə 376,853 min ton neft nəql olunub.
Bakı-Novorossiysk neft kəməri ilə neft nəql edilməyib. Dəmir yolları ilə Gürcüstan limanlarına 59 min 848,08 ton neft daşınıb.
DGK-nın məlumatına görə, 2016-cı ilin yanvarında Azərbaycandan 31 mln. 109,25 min dollar məbləğində 159 min 646,61 ton neft məhsulu ixrac olunub.