Martın 4-də Daşkəsəndə İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə və Qazax nümayəndəliklərinin birgə təşkilatçılığı, Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar üçün treninq keçirilib.
İqtisadiyyat Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, “Biznesin əsasları, təşkili və idarə edilməsi” və “Kənd təsərrüfatında logistika” mövzularını əhatə edən treninqdə biznes mühiti, biznesin planlaşdırılması, biznesdə insan resurslarının səmərəli idarə olunması, logistikanın mahiyyəti və məqsədi, logistik mərkəzlərin yaradılması və s. barədə ətraflı məlumat verilib.
Tədbirdə həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılmış, onları maraqlandıran suallar cavablandırılmış və Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanılıb.