Son dörd il ərzində Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlərin inkişafında böyük nailiyyətlər əldə olunub.
Trend-in məlumatına görə, bunu Bakıda keçirilən azərbaycan-macarıstan biznes-forumunda Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib.
Onun sözlərinə görə, son bir il ərzində Avropa çağırışlarla üzləşib, və belə vəziyyətdə etibarlı dostlara malik olmaq çox əhəmiyyətlidir. Belə bir dost ölkə Azərbaycandır.