12 Mart 2016 13:15
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 3 fevral 2016-cı il tarixli fərmanına uyğun olaraq, İqtisadiyyat Nazirliyində yaradılmış Apelyasiya Şurasının növbəti iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, iclasda Apelyasiya Şurasının fəaliyyəti ilə bağlı təşkilati məsələlər, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında yaradılmış apellyasiya şuralarının fəaliyyətinə həsr edilən ümumrespublika seminar-müşavirəsində verilmiş tapşırıq və tövsiyələrin icrası ilə bağlı görüləcək işlər müzakirə edilib.

İclasda, həmçinin İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətləri üzrə Apelyasiya Şurasında baxılması nəzərdə tutulan şikayətlərin əhatə dairəsinin müəyyənləşdirilməsi meyarları qəbul olunub.


Müəllif:

Oxşar xəbərlər